AZ

Bakıda daha bir avtobus qəzası – VİDEO/FOTO

Bakıda daha bir marşrut avtobusu ağır yol qəzasına düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Səbail rayonu Badamdar qəsəbəsinin 3-cü massiv adlanan ərazisində baş verib.

Belə ki, hadisə vaxtı “KamAZ” markalı yük maşını ilə 31 saylı marşrut xətti üzrə hərəkət edən avtobus toqquşub. Bu zaman yük maşını “Hyundai” markalı minik avtomobilini də vuraraq yararsız hala salıb.

Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Qeyd edək ki, son günlər Bakıda və ətraf ərazilərdə marşrut avtobuslarının iştirakı ilə baş verən qəzaların sayı artıb.

 **

 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis baş leytenantı Rüstəm Əhmədli bildirib ki, hadisə bazar günü saat 16:50 radələrində baş verib: “Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı müvafiq ekspertizalar təyin edilib, araşdırma aparılır”.

 

Seçilən
54
15
korrespondent.az

10Mənbələr