AZ

İraqda Rusiya raketləri ilə ABŞ hərbçiləri vuruldu

Bazar ertəsi, avqustun 5-də İraqda ABŞ və digər ölkələrin hərbi qüvvələrinin yerləşdiyi aviabazaya raket hücumu həyata keçirilib.Bu barədə RUBRİKA.AZ xarici mediaya istinadən xəbər verir.İraq təhlükəsizlik qüvvələrindən olan iki mənbə bildirib ki, ölkənin qərbindəki Ayn əl-Əsəd hava bazasına iki "Katyuşa” raketi ilə hücum edilib.Mənbə raketlərin hərbi baza ərazisinə düşdüyünü bildirib.Zərbə nəticəsində ən azı 5 amerikalı hərbçi yaralanıb. Əsgərlərdən birinin vəziyyəti ağırdır. "Baza personalı hücumdan sonra dəymiş ziyanı qiymətləndirir", - ABŞ rəsmilərindən biri bildirib.Agentlik qeyd edir ki, hücumun İranın ötən həftə HƏMAS və Hizbullahın yüksək rütbəli üzvlərinin öldürülməsinə görə cavab vermək hədələri ilə bağlı olub-olmadığı hələlik məlum deyil.RUBRİKA.aZ





Facebook-da paylaş

Seçilən
23
1
rublika.az

2Mənbələr