AZ

Türkiyədə xaricdən sifariş edilən yüklərlə bağlı qərar: Alış-veriş azaldıldı, gömrük artırıldı

Türkiyədə xaricdən sifariş edilən məhsullar üzrə gömrük rüsumları dəyişdirilib.

Bu barədə Oxu.Az "Resmi Gazete"də dərc olunan qərara istinadən bildirir.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə, xaricdən sürətli çatdırılma üzrə alış-veriş limiti 150 avrodan 30 avroya endirilib.

Avropa İttifaqı (Aİ) ölkələrindən gələn yüklər üzrə vergi ödənişi 18 faizdən 30 faizə, Aİ-yə daxil olmayan ölkələrdən gələn yüklər üçün vergi isə 30 faizdən 60 faizə qaldırılıb.

Qərar avqustun 21-də həyata keçiriləcək.


BiG.Az
Seçilən
118
50
big.az

10Mənbələr