AZ

Sürücünü döyüb avtomobilini qaçıran şəxslər saxlanıldı - FOTO

Bakıda sürücünü döyərək qaçan şəxslər saxlanılıb.

Bu barədə Gundem.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, avqustun 6-da gecə saat 3 radələrində paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində taksi sifariş etmiş 2 nəfərin sürücünü döyüb bıçaqla hədələyərək “Chevrolet” markalı avtomobilini ondan almaları və hadisə yerindən qaçmaları barədə polisə məlumat daxil olub.

“Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Əli Kazımlı və 1994-cü il təvəllüdlü Şamil Rzayev Sabunçu rayonu ərazisində avtomobillə birgə saxlanılıblar”.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.(sfera.az)

 

Seçilən
58
34
gundem.az

10Mənbələr