AZ

"Jest Dilində Danışan Uşaqlarda Ünsiyyətqurma Bacarığının və Lüğət Ehtiyatlarının Artırılması üzrə Təşəbbüslər" adlı layihənin təqdimatı həyata keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi   maliyyə dəstəyi ilə "Səssiz Dünya " İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İB tərəfindən 1 avqust  tarixində Lənkəran şəhəri Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində "Jest Dilində Danışan Uşaqlarda Ünsiyyətqurma Bacarığının və Lüğət Ehtiyatlarının Artırılması üzrə Təşəbbüslər" adlı layihənin təqdimatı həyata keçirilib. Təqdimat Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan himninin səslənməsi ilə başlanılıb.Təqdimat zamanı məktəbin direktoru Şərqiyə Eminova çıxış edərək  məktəbdə təhsil alan,  əlilliyi olan  uşaqlara  diqqət və qayğıdan , əlillik xüsusiyyətinə uyğun olaraq əlilliyi olan şəxsin müxtəlif tədris metodlarından istifadə olunmaqla inklüziv və ya inteqrasiyalı təhsil almasına, ünsiyyət, özünəxidmət və öz davranışına nəzarət qabiliyyətinin bərpasına yönəldilmiş mövzulardan bəhs etmişdir.  Iştirakçılar arasında   Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara Regional Filialının nümayəndələri   , Lənkəran şəhər günərzi uşaq mərkəzinin və  Lənkəran şəhər ümumtəhsil məktəblərinin müəllim və psixoloqları  , valideynlər  iştirak etmişdir. Layihə rəhbəri Aidə Səfərovanın məlumatına görə  layihənin məqsədi eşitmə  və nitq qabiliyyəti tam məhdud olan şəxslərin ünsiyyət vasitəsi olan jest dilinin təbliği , onların cəmiyyətə inteqrasiyasına dəstək vermək , ictimaiyyətin diqqətini  eşitmə pozulmasından əziyyət çəkən insanların problemlərinə yönəltməkdən ibarətdir. Təqdimat zamanı  iştirakçılar jest dilinin nəzəriyyəsi  , daktil əlifba və jest dili lüğəti haqqında məlumatlandırılmış və onlara bu dildə bir neçə sosial çarx təqdim olunmuşdur.Tədbirin sonunda iştirakçılar çay süfrəsinə dəvət olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
13
olaylar.az

10Mənbələr