AZ

Paris-2024: Sabahın bürünc mübarizəsi

Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir.

İdman.biz xəbər verir ki, bu gün ilk üç medal dəsti sahibi tapacaq.

Azərbaycan idmançısı Sabah Şəriəti də mükafat uğrunda mübarizə aparacaq. Olimpiadanın təsəlliverici görüşləri Bakı vaxtı ilə 13:00-da, medal qarşılaşmaları 21:30-da başlayacaq.

Yunan-Roma güləşi
130 kq

Rio-2016-nın bürünc mükafatçısı Sabah Şəriəti 8 ildən sonra uğurunu təkrarlamaq üçün xalçaya çıxacaq. 3-cü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq “klassik”imizin rəqibi təsəlliverici görüşdə bəlli olacaq. Sabah Amin Mirzəzadə (İran) – Seunqçan Li (Cənubi Koreya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, yunan-Roma güləşi yığmamış Paris-2024-ə beş idmançı ilə yollanıb.

İdman.biz

Seçilən
12
5
idman.biz

6Mənbələr