AZ

Qanunsuz parklanmaya görə 159 nəfər saxlanıldı

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq Bakı şəhərində qanunsuz parklanma yerlərini təşkil edən şəxslər müəyyən olunaraq tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb.

Bu barədə Publika.az-a DİN-dən məlumat verilib.

Qanunsuz parklanma yerlərini təşkil edən, yaxud həmin xidmətlə bağlı ödəniş tələb edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən son iki gün ərzində paytaxtın müxtəlif ərazilərində 216 nöqtədə həyata keçirilən monitorinqlər və profilaktik tədbirlər zamanı bu qeyri-qanuni hallara yol verən 159 şəxs müəyyən olunaraq saxlanılıblar. Onlar barəsində qanunla nəzərdə tutulan qaydada tədbirlər görülüb.

Qeyd edək ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
47
publika.az

10Mənbələr