AZ

MİQ üzrə vakansiya seçimi mərhələsində 3 minə yaxın yer 3 ildir seçilmir

Müəllimlərin işə qəbulu üzə müsabiqəyə hər il, əsasən, eyni ərazilər üzrə vakansiyaların çıxarılması ilə bağlı iddialara aydınlıq gətirilib. Bu barədə İnsan Resursları Mərkəzinin şöbə müdiri Muxtar Hacıyev məlumat verib: O bildirib ki, artıq 3 ildir 3 minə yaxın vakansiya təqdim edilsə də, namizədlər tərəfindən seçilmir. "Bizim əsas vəzifəmiz məktəblərdə müəllim çatışmazlığının aradan qaldırılmasıdır. Əvvəl-axır o yerlər seçilməlidir. Lakin məsələ burasındadır ki, namizədlər həmin yerləri seçmirlər. Bu səbəbdən də həmin yerlər növbəti illərdə də vakansiyaya çıxarılır. Onu da qeyd edim ki, həmin vakant yerlər seçilmədiyi təqdirdə belə biz o məktəbləri müəllimsiz qoymuruq. Saat hesabı və ya müddətli müqavilə ilə həmin məktəblərə müəllimlər cəlb olunurlar".

Seçilən
35
tehsilforumu.az

1Mənbələr