AZ

Qalkin Puqaçovanı camaat qarşısında təhqir edib?..

Alla Puqaçova və Maksim Qalkin əvvəlki kimi bu il də yayı Yurmalada keçirirlər.

SİA-nın əldə etdiyi məlumata görə, Alla Borisovna və övladları orada daimi yaşayırlar.Maksim isə “bir gün hə, bir gün isə yox”, yəni şəhər və ölkələrdə konsertlər verir, lakin vaxtaşırı ailəsinə qayıdır.

Təbii ki, ictimaiyyətin yaxından diqqəti ulduz cütlüyün üzərindədir. Alla əri ilə Dzintari konsert zalına gələn gün də belə olub. Yurmalada külək əsir, yağış yağırdı.

“Moskovski komsomolets”in yazdığı kimi, Qalkin və Puqaçova konsert zalının girişinə qədər getdilər. Maksim çətirini açsa da, onu əsasən özündən yuxarı tuturdu. Primadonna çətiri düzəltmək istədi və ona “təhqiramiz” cavab verdi: “Sənin şapkan var, amma məndə yoxdur.Və mən səhnəyə çıxmalıyam”.

Bunu Qalkin deyib.

Hadisəni orada olanlardan biri telefonla lentə alıb. Video daha sonra internetdə yerləşdirilib.

Müğənni Alla Puqaçova yayın sonuna qədər Moskvaya qayıtmağı planlaşdırır. Eyni zamanda Puqaçovanın övladları Liza və Harrini də özü ilə aparması ehtimalı yüksəkdir. Amma Maksim Qalkin çətin ki, Moskvaya gəlsin, çünki o, hazırda Ali Məhkəmədə mübahisəli olan xarici agent statusu ilə bağlı qərarı gözləyir.

Nazlı Almuradova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
sia.az

1Mənbələr