AZ

"Neftçi" "Turan Tovuz"la heç-heçə etdi, "Sumqayıt" "Kəpəz"ə qarşı - YENİLƏNİR

Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün 1-ci turu davam edir.

2-ci oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Neftçi" "Turan Tovuz"u qəbul edir. Görüş saat 18:30-da başlayıb.

Qeyd edək ki, bu oyun həm də hər iki komandanın yeni baş məşqçisi - Roman Qriqorçuk və Kurban Berdıyevin rəhbərliyi altında ilk rəsmi matçı olacaq.

Digər matçda isə "Sumqayıt" "Kəpəz"lə üz-üzə gələcək. Oyun saat 20:45-də start götürəcək.

Qeyd edək ki, Misli Premyer Liqasının yeni mövsümü ötən gün keçirilən "Araz-Naxçıvan" - "Qarabağ" oyunu (1:4) ilə başlayıb.

Misli Premyer Liqası

1-ci tur

3 avqust (şənbə)

18:30. "Neftçi" - "Turan Tovuz" - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
"Neftçi Arena"

20:45. "Sumqayıt" - "Kəpəz"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

4 avqust (bazar)

17: 30. "Sabah" - "Şamaxı"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Tural Qurbanov
AVAR: Elşad Abdullayev
"Bank Respublika Arena"

20:00. "Zirə"- "Səbail"
Hakimlər: 
Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Vüsal Məmmədov
Zirə İdman Kompleksinin stadionu

2 avqust

20:00. "Araz Naxçıvan" - "Qarabağ" - 1:4

Milli.Az

Seçilən
48
14
milli.az

10Mənbələr