AZ

General Kənan Seyidovun Naxçıvana təyinatı təsdiqlənib

Avqustun 3-də Müdafiə Nazirliyində 2024-cü ilin birinci yarımilinin yekunlarına dair geniş tərkibli kollegiya iclası keçirilib.

İclasda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidov və digər qoşun (qüvvə) növü komandanları da çıxış edərək birinci yarımilin yekunlarına dair yerinə yetirilən tədbirlər barədə ətraflı məlumat veriblər.

Xatırladaq ki, ötən ay müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib. Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov Əlahiddə Ümumqoşun ordunun komandanı təyin edilib.

General Kənan Seyidov Müdafiə Nazirliyinin Quru Qoşunlarının 5-ci Ordu Korpusunun Komandiri, Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini-Qərargah rəisi vəzifələrində işləyib. Vətən müharibəsindəki iştirakına görə müxtəlif orden və medallarla təltif olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
13
banker.az

10Mənbələr