AZ

Camalın kubok arzusu

“Bayern”in yarımmüdafiəçisi Camal Musiala qarşıdakı mövsüm üçün hədəflərindən danışıb.



Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu kuboklar qazanmaq istədiyini bildirib:



“Mən həmişə inkişaf etmək, daha çox qol vurmaq və daha çox ötürmə vermək istəyirəm. Mən də kuboklar qazanmaq istərdim. Xüsusən də, ötən mövsümdən sonra”.



“Bayern” ötən mövsüm bir dənə də olsun kubok qazana bilməyib, Bundesliqanı 3-cü pillədə başa vurmuşdu.



Musiala Bundesliqanın son mövsümünü 10 qol və 6 məhsuldar ötürmə ilə başa vurub. 21 yaşlı yarımmüdafiəçi Almaniyada keçirilən Avropa çempionatında millinin heyətində çıxdığı 5 oyunda 3 dəfə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərBayern Camal Musiala

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
komanda.az

1Mənbələr