AZ

Emrah Çelikel və Asif Əsgərov Adil Əliyevlə görüşdülər

“Qarabağ” klubunun baş direktoru Emrah Çelikel Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Adil Əliyevlə görüşüb.

Arena.az xəbər verir ki, Suraxanı İcra Hakimiyyətinin binasında baş tutan görüşdə Ağdam klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov da iştirak edib.

Komandanın davamlı uğurlarından bəhs edən Adil bəy “Qarabağ”ın oyunlarını maraqla izlədiyini və göstərdiyi futboldan zövq aldığını bildirib. İcra başçısı vurğulayıb ki, iş qrafiki imkan verdikcə komandanın görüşlərində iştirak edəcək və hər zaman dəstəkləyəcək.

“Qarabağ” rəsmiləri Adil Əliyevi yeni vəzifəyə təyin olunması ilə bağlı təbrik ediblər, ona uğurlar arzulayıblar. Görüşün sonunda Emrah Çelikel icra başçısına “Qarabağ”ın formasını hədiyyə edib.

Seçilən
39
14
arena.az

10Mənbələr