AZ

Emrah Çelikel Adil Əliyevə “Qarabağ”ın formasını hədiyyə edib

“Qarabağ”ın baş direktoru Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərov Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Adil Əliyevlə görüşüblər.

İdman.biz xəbər verir ki, görüş İcra Hakimiyyətinin binasında baş tutub.

Komandanın davamlı uğurlarından bəhs edən Adil bəy “Qarabağ”ın oyunlarını maraqla izlədiyini və göstərdiyi futboldan zövq aldığını bildirib. İcra başçısı vurğulayıb ki, iş qrafiki imkan verdikcə “Qarabağ”ın görüşlərində iştirak edəcək və hər zaman dəstəkləyəcək.

Azərbaycan çempionun rəsmiləri Əliyevi yeni vəzifəyə təyin olunması ilə bağlı təbrik edib, ona uğurlar arzulayıb. Görüşün sonunda Çelikel icra başçısına “Qarabağ”ın formasını hədiyyə edib.

İdman.biz

Seçilən
39
13
idman.biz

10Mənbələr