AZ

Paris-2024: Azərbaycan üzgüçüsü yarışı erkən başa vurdu

Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

KONKRET.az xəbər verir ki, idmançı 50 metr məsafəyə sərbəst üsulla üzmədə təsnifat mərhələsində çıxış edib.

O, öz qrupunda 8 iştirakçı arasında 26.76 saniyə göstərici ilə üçüncü olub.

Bununla belə 79 iştirakçı arasında ilk “onaltılığ”a düşə bilməyən Şeyxəlizadəxangah yarışı erkən başa vurub.

Seçilən
52
10
konkret.az

10Mənbələr