AZ

Ukraynalı milyarder və kriminal avtoritet Oleq Bakinskinin niyə həbs edildiyi məlum olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tanınmış ukraynalı milyarder, kriminal avtoritet Oleq Krapivinin (Oleq Bakinski) həbsinin təfərrüatı məlum olub.
"Report"un əldə etdiyi xəbərə, ukraynalı avtoritet Oleq Bakinski Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə təqsirləndirilir.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham verilib.
Hazırda iş üzrə istintaq aparılır, Oleq Bakinski barəsində həbs qətimkan tədbiri seçilib.
Oleq Bakinskinin əməli sübuta yetirilərsə, maddənin sanksiyasına görə, o, iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən Oleq Krapivin bir neçə gün qabaq Bakıda saxlanılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
50
oxu.az

10Mənbələr