ABŞ Ədliyyə Nazirliyi uşaq məlumatlarının toplanması ilə bağlı TikTok-a qarşı iddia ilə məhkəməyə müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
Qeyd olunub ki, ABŞ Ədliyyə Nazirliyi TikTok-u valideynlərinin icazəsi olmadan 13 yaşından kiçik istifadəçilərin şəxsi məlumatlarını qanunsuz toplamaqda ittiham edərək, ona qarşı iddia qaldırıb.
Ədliyyə Nazirliyi həmçinin TikTok-u valideynlərin tələbi ilə uşağın hesabını və ya məzmununu silməkdən imtina etməkdə ittiham edib. Nazirlik hesab edir ki, həm TikTok, həm də sosial şəbəkənin sahibi olan Çin şirkəti "ByteDance" cərimə ödəməlidir.