AZ

Şəmkirdə 70 yaşlı kişi öz maşınını yandırdı - TƏFƏRRÜAT

Şəmkir rayonunda avtomobilin yanması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, ev sahibi, 1954-cü il təvəllüdlü Qədimqala kənd sakini özünə məxsus NAVAL markalı avtomobilini yandırıb. İlkin versiyaya görə 70 yaşlı kişi həyat yoldaşı 1956-ci il təvəllüdlü Sədaqət Həsənova ilə boşanıb və arvadı ondan pay istəyib. Bundan sonra onların arasında mübahisə düşüb. Narazılıqdan sonra ev sahibi olan yaşlı kişi həyətində olan minik maşına od vuraraq yandırıb. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
bizim.media

2Mənbələr