AZ

Türkiyədə meşə yanğını ilə mübarizə aparan helikopter qəzaya uğrayıb

Bu gün Türkiyənin Adana vilayətində meşə yanğını ilə mübarizə aparan helikopter qəzaya uğrayıb. Ekipajı yanğının söndürülməsi üçün su anbarına su götürərkən gölə düşüb.

Editor.az bildirir ki, bu barədə vilayətin valisi Yavuz Keşger məlumat verib. 5 ekipaj üzvü xilas edilib, lakin helikopter batıb, – Yavuz Keşger deyib. Türkiyənin “Anadolu” agentliyi xəbər verir ki, bütün ekipaj üzvləri çağırışa gələn həmkarları tərəfindən sudan xilas edilib, onlardan heç biri xəsarət almayıb. İndi xilasedicilər helikopteri sudan çıxarmalı və onun vəziyyətini qiymətləndirməlidirlər.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
editor.az

1Mənbələr