AZ

Qazaxıstanda güclü zəlzələ

Şərqi Qazaxıstan vilayətində 5,8 bal gücündə zəlzələ qeydə alıb.

Turkustan.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin episentri Almatıdan 859 km şimal-şərqdə Qazaxıstan ərazisində (Şərqi Qazaxıstan vilayəti) yerləşib.

Yeraltı təkanlar Ust-Kamenoqorskda iki-üç bal gücündə hiss olunub. Tələfat və dağıntı barədə məlumat verilməyib. /modern.az/

Seçilən
73
31
turkustan.az

10Mənbələr