AZ

Məşhur "Emmoğlu" mahnısı kimə yazılmışdı – Yaraqlı eşq tarixçəsi

1992-ci ildə Türkiyəli müğənni Fərdi Tayfurun oxuduğu "Emmoğlu" ( Əmioğlu) mahnısı ifa edildiyi ilk dəqiqədən çox sevildi və milyon dəfələrlə təkrar- təkrar dinlənildi. Bu mahnının daxil edildiyi kasetlər musiqi dükanlarına gələr-gəlməz alınır, kasetlər əl-əl gəzirdi. Mahnı dəfələrlə müxtəlif val və kasetlərdə yenidən yazılıb satışa çıxarıldı. Ferdi Tayfurun Gülhanə konsert salonundakı konsertinə bu mahnıya görə, 200 min insan gəlib. Mahnının yazıldığı albomu 5.000.000 ədəd satılıb. Albom 2 il bazarda qalaraq rekord qırıb. Mahnının sözlərini ilk baxışda anlamaq olmasa da yanıqlı , hüzn dolu melodiyası insanı özünə əsir edirdi.

Bu kadeh senin şerefine emmi oğlu
O türküyü bir daha çal, gene çal
Karşı dağı duman aldı, pus aldı
Uzun ömrüm yâr yolunda kısaldı
Sazına vuran eline kurban
Allah'ına kurban emmi oğlu

Ben de bu dağların nesine geldim?
Meeleşir kuzular, sesine geldim
Bir garip ölmüşte yasına geldim
Geldim emmi oğlu
Ben de bu dağların nesine geldim?
Meleşir kuzular, sesine geldim
Bir garip ölmüşte yasına geldim
Geldim emmi oğlu

Əslində mahnı kədərli və yarımçıq bir eşqin hekayəsi idi. Maraşda iki əmioğlu bir- birlərindən xəbərsiz kəndin ən gözəl qızına aşiq olurlar. Bir- birinin xətrini qardaşdan əziz tutan gənclər məslədən agah olanda hər ikisi eşqindən imtina edib, kəndi tərk etməyə qərar verirlər. Biri köçüb İstanbula gedir, musiqiçi kimi ad çıxarır, digəri Almaniyada biznes qurur.
Sevdikləri qız başqasına ərə gedir. Lakin xoşbəxt olmur, yaman xasiyyətli ərin zülmü altında çərləyib ölür. İki körpə balası, quzusu yetim qalır.

Onun ölüm xəbərini alan iki əmi oğlu doğulduqları kəndə qayıdır, dağ döşündə oturub dərdləşirlər.
"Bir gəlin ölmüş də yasına gəldim" deyərkən sevdikləri qadını, mələşir quzular deyərkən də onun yetim qalan balalarını nəzərdə tutub ağlaşırlar.

Bu mahnı 30 il sonra Mahzun Kırmızıgülün ifasında ikinci həyat qazanıb.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
big.az

1Mənbələr