Türkiyədə meşə yanğınını söndürən helikopter suya düşdü
Türkiyədə Kızlarsekisi rayonundakı meşə sahəsində naməlum səbəbdən yanğın baş verib. Yeniavaz.com xəbər verir ki, 2 söndürmə helikopteri və su maşını bölgəyə istiqamətləndirilib. Alovlara müdaxilə etmək üçün Göksu axını üzərindəki Gökdere bəndindən su götürməyə çalışan “Mi-8” tipli helikopter qəzaya uğrayıb. Suya düşən helikopterdə 3-ü Rusiya vətəndaşı olan 5 ekipaj üzvü olub. Onlar xilas edilib. Helikopterin sudan çıxarılması və yanğını nəzarət altına almaq üçün işlər davam etdirilir.