AZ

Türkiyədə meşə yanğınını söndürən helikopter suya düşdü


Türkiyədə Kızlarsekisi rayonundakı meşə sahəsində naməlum səbəbdən yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, 2 söndürmə helikopteri və su maşını bölgəyə istiqamətləndirilib.
Alovlara müdaxilə etmək üçün Göksu axını üzərindəki Gökdere bəndindən su götürməyə çalışan “Mi-8” tipli helikopter qəzaya uğrayıb.
Suya düşən helikopterdə 3-ü Rusiya vətəndaşı olan 5 ekipaj üzvü olub. Onlar xilas edilib.
Helikopterin sudan çıxarılması və yanğını nəzarət altına almaq üçün işlər davam etdirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
yeniavaz.com

1Mənbələr