AZ

Məhbus mübadiləsinin sirri açıldı: Rusiyanın təklifi Ağ Evdə razılaşdırılıb

Moskva ABŞ-ın keçmiş prezidenti Donald Trampın noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyinə inandığı üçün bir sıra Qərb ölkələri ilə məhbus mübadiləsinə razılaşıb.

Publika.az xəbər verir ki, bu barədə "Hill" qəzetinə Şimali Dakota qubernatoru Duq Berqum bildirib.

“Rusiyanın indi razılaşmaq istəməsinin səbəbi Trampın qalib gələcəyini düşünmələri və onunla məşğul olmaq istəməmələridir”, - Berqum vurğulayıb.

Qubernatorun sözlərinə görə, Rusiya əsir mübadiləsi nəticəsində “Baydendən maksimum güzəştlər” alıb.

KİV-in məlumatına görə, ABŞ, Almaniya və Rusiya arasında danışıqlar il yarımdan çox davam edib və fevralın əvvəlində ABŞ prezidenti Co Bayden Almaniya kansleri Olaf Şoltsla Ağ Evdə Rusiyanın potensial təklifi barədə irəliləyiş əldə edilib.

Seçilən
132
50
publika.az

10Mənbələr