AZ

Ten Haq aqressiv oyun istəyir

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq futbolçularının yeni mövsümdə necə oynamalı olmasından danışıb.



Komanda.az “qırmızı şeytanlar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı çox aqressiv oynamalı olduqlarını bildirib:



“Biz qabaqcadan düşünməli, aktiv və çox aqressiv oynamalıyıq. Hücuma çıxmağımızın, müdafiə olunmağımızın fərqi yoxdur. Aqressiv futbol üçün meydanın bütün sahələrində pressinq lazımdır. Bütün bunlar, eləcə də intensivlik topa sahib olmağımıza kömək edəcək. Biz komanda olaraq hər şeyi etməliyik”.



“Mançester Yunayted” İngiltərə Premyer Liqasında ötən mövsüm uğursuz çıxış edərək, turnir cədvəlini 8-ci pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərErik ten Haq Mançester Yunayted

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
komanda.az

1Mənbələr