AZ

Britaniya hökuməti texnologiya və süni intellekt layihələrinə maliyyəni dayandırıb

Britaniya hökuməti texnologiya və süni intellekt layihələrinə maliyyəni dayandırıb

Britaniyada Leyboristlər hökuməti Mühafizəkarların texnologiya və süni intellekt (AI) layihələri üçün vəd etdiyi 1.3 milyard funt-sterlinq maliyyə vəsaitini dayandırıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, buna Edinburq Universitetində superkompüterin yaradılması üçün ayrılması planlaşdırılan 800 milyon funt-sterlinq və süni intellekt üçün hesablama gücünü maliyyələşdirən Aİ Araşdırma Resursu üçün əlavə 500 milyon funt- sterlinq daxildir.

Elm, İnnovasiya və Texnologiya Departamentinin məlumatına görə, maliyyə vəsaiti əvvəlki administrasiya tərəfindən vəd edilsə də, bunun üçün büdcədən heç vaxt pul ayrılmayıb.

Dövlət Departamentinin yaydığı açıqlamada bildirilir ki, layihələrə maliyyə vəsaitinin dayandırılması iqtisadi sabitliyin bərpası və inkişaf üçün milli missiyanın yerinə yetirilməsi baxımından vacibdir.

Aytən Abbaslı

London

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
2
ilk.az

3Mənbələr