AZ

Lukaşenko:” Bayden məhbus mübadiləsində iştirak etmir, o, sadəcə xal qazanmağa çalışır”

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ABŞ prezidenti Co Baydenin Rusiya ilə Qərb ölkələri arasında məhbus mübadiləsinin təşkili ilə heç bir əlaqəsi yoxdur və o, bu hadisədən yalnız səlahiyyət əldə etmək üçün istifadə edir.

Editor.az xəbər verir ki, Belarusun Prudok kənd təsərrüfatı şəhərinin sakinləri ilə görüşən Lukaşenko Rusiya ilə Qərb ölkələri arasında əsir mübadiləsini dəyərləndirib.

“ABŞ prezidentinin Rusiya ilə Qərb ölkələri arasında əsir mübadiləsinin təşkilində heç bir əli olmayıb, amma indi bu məsələdən istifadə edərək nüfuzunu artırmağa çalışır”,-o deyib. Mübadilənin yalnız kəşfiyyat orqanları tərəfindən təşkil edildiyini və hətta diplomatların da bu prosesə daxil edilmədiyini qeyd edən Belarus lideri ölkəsinin “mümkün olan maksimum töhfəni” verdiyini bildirib. Danışıqların gizli aparıldığını vurğulayan Lukaşenko deyib: “Biz dedik ki, prosesi səssiz şəkildə həyata keçirək, amma bunu bütün dünyaya bildirdilər. Lakin insan həyatı təhlükə altında olduğundan bu cür işlər səssiz aparılmalıdır”.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
176
50
editor.az

10Mənbələr