AZ

Bu ölkədə benzinin qiymətinin qalxması etirazlara səbəb oldu: 17 nəfər öldü

Nigeriyada benzinə verilən subsidiyaların aradan qaldırılmasından sonra bahalaşmaya qarşı etirazlarda 17 nəfər həyatını itirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qarşıdurma nəticəsində 17 nəfər həyatını itirib, onlarla insan yaralanıb, çoxlu binalar yandırılıb.

Ölkədə başlayan etirazlar səbəbilə bəzi şəhərlərdə komendant saatı elan edilib.

Xatırladaq ki, Nigeriya Prezidenti Bola Əhməd Tinubu 29 may 2023-cü ildə neft məhsullarına verilən subsidiyanı ləğv edib.
 
Qərardan sonra ölkədə yanacağın qiyməti qalxmışdı.
 
Litri 185 nairaya (0,24 dollar) satılan yanacağın qiymətinin 620 nairaya (0,82 dollar) yüksəlməsi yaşayış minimumunun artmasına səbəb olub.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
azxeber.com

2Mənbələr