AZ

Gənclər festivalı “Yay Fest”in 3-cü həftəsi necə yadda qaldı? (FOTO)

Ölkənin ən böyük gənclər festivalı "Yay Fest" uğurla davam edir.Dinamik, öyrədici və əyləncəli formatda yenidən başlayan festivalın3-cü düşərgəsi artıq yekunlaşır. Bu il ümumilikdə 2000-dən çoxgəncin iştirak edəcəyi "Yay Fest" Azərbaycan RespublikasınınGənclər Fondunun dəstəyi, "IDEA" İctimai Birliyi, COP29 Sədrliyi,Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan KönüllüTəşkilatları İttifaqı, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi və"Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı iləhəyata keçirilir.

Çadır tipli düşərgə formatında baş tutan "Yay Fest"-in başlıcaməqsədi, dövlət gənclər siyasətinə uyğun olaraq, gənclərə müxtəlifsahələrdə geniş imkanlar yaratmaq və onların inkişafına köməketməkdir. Bununla yanaşı, gənclərin asudə vaxtlarını səmərəli vəmaraqlı keçirmələrini təmin etmək, müxtəlif bölgələrdən gələngənclərin şəbəkələşməsinə dəstək olmaqdır.

Xüsusi vurğulayaq ki, Prezident İlham Əliyevin Sərəncamınaəsasən Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminəhəmrəylik ili" elan olunmasının və COP29 kimi mötəbər tədbirəölkəmizin ev sahibliyi etməsinin vacibliyini nəzərə alaraq, bu ilkidüşərgədə seçilən mövzular ekologiya, ətraf mühitin mühafizəsi vəCOP29-a həsr olunub.

Məlumat üçün bildirək ki, iyulun 15-dən etibarən başlayan "YayFest"in 3 düşərgəsi gənclər üçün unudulmaz, əyləncəli, yadda qalanvə öyrədici olub. Proqramda gənclərin vətənpərvər ruhda tərbiyəolunması və onların inkişafına dəstək verən fəaliyyətlər xüsusiönəm daşıyıb. Düşərgə çərçivəsində "IDEA" İctimai Birliyitərəfindən keçirilən təlimlər və interaktiv fəaliyyətlər gənclərinekoloji maariflənməsini artırmaqla yanaşı, onların ətraf-mühitəməsuliyyətli yanaşmasını təşviq edib. Eyni zamanda, COP29Azərbaycan Əməliyyat Şirkətinin ekspertləri tərəfindəndayanıqlılıq, ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinintəsirlərinin azaldılması kimi müxtəlif mövzularda intensiv təlimlərtəşkil olunub. Təbiət qoynunda təşkil olunan ekoloji oyunlar,komanda işləri, hayking və əyləncəli fəaliyyətlər gənclərə həmmaraqlı, həm də öyrədici təcrübə yaşadıb. Gənclər üçün hər axşamkonsert və əyləncə proqramları təşkil olunub. Həmçinin, düşərgəiştirakçıları müxtəlif bölgələrdən olan yaşıdları ilə tanış olub,yeni dostluqlar quraraq şəbəkələşmənin və sosiallaşmanınvacibliyini bir daha anlayıblar. Gənclər üçün hazırlanmış maraqlıvə dinamik proqram, onların həm asudə vaxtını səmərəli keçirməsinə,həm də şəxsi və peşəkar inkişafına töhfə verib.

Qeyd edək ki, "Yay Fest" gənclər üçün enerjili və dinamik birmühit yaratmaq üçün geniş əyləncə və öyrənmə imkanları iləzəngindir. 2019-cu ildən bəri təşkil olunan festival 2 ay ərzindədavam edəcək və müxtəlif mövzuları əhatə edən silsilə düşərgələrdənibarət olacaq. Ötən illərdə olduğu kimi bu il də tematik mövzularauyğun 8 ardıcıl düşərgənin keçirilməsi planlaşdırılır. Bufestivalda ümumilikdə 2000-dən çox gəncin iştirakı nəzərdə tutulubvə düşərgə iştirakçıları üçün bütün zəruri şərait təşkilatçılartərəfindən yaradılıb.

"Yay Fest"in bütün yeniliklərindən xəbərdar olmaq və maraqlı,dinamik proqramlarla zəngin olan bu möhtəşəm tədbirdə iştirak şansıəldə etmək üçün "Yay Fest"in "Instagram" (www.instagram.com/yayfest.az/) səhifəsini izləyin. Festivalınunudulmaz anlarını yaşamaq və növbəti düşərgələrin bir parçasıolmaq üçün "Yay Fest"ə qoşulun və əyləncəli yay təcrübəsindənyararlanın!

Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
25
az.trend.az

10Mənbələr