AZ

Nüqzar Kvirtiya: "Odur ki, Yusif bu gün matçın ən yaxşısı idi".

"Bu gün 130 dəqiqədən artıq gərgin, həyəcanlı oyun izlədik. 2 raundlu qarşıdurma, 12 qol və sonda penaltilər seriyası... Yaxşı ki, sonda "Sabah" qalib gəldi. Deyərdim ki, "Bank Respublika Arena"da keçən matç Konfrans Liqasının ən maraqlı, yaxşı və həyəcanlı qarşıdurması oldu. Təbii ki, ilk oyunda "Makkabi"nin məğlubiyyəti mənim üçün gözlənilməz idi. Səfərdə üstün oyun sərgiləməklə böyük hesablı qələbə qazanan "Sabah"ın bugünkü matçı da gözlənilməz oldu. Görünən odur ki, İsrail klubu heç cür məğlubiyyətlə barışmaq niyyətində deyildi və bunu da üstün performansları və vurduqları qollarıyla nümayiş etdirdilər. Nə qədər çətin olsa da, "bayquşlar" məğlubiyyətdən qaça bildilər və penaltilər seriyasında bəxtləri gətirdi". Bu sözləri Sport24.az-a açıqlamasında Nüqzar Kvirtiya deyib.
Veteran futbolçu oyunun əsas qəhramanının və "bayquşlar"ın xilaskarının Yusif İmanov olduğunu vurğulayıb: "Bu gün meydan sahibləri qapısında 6 qol görsə də, qolkiperin səhvi yoxdu. Rəqib bütün qollarını cərimə meydançasındakı boşluqlardan istifadə edərək vurdu. Həqiqətə qalsa, bu gün Yusifin sayəsində "Sabah" oyunu penaltilər seriyasına kimi daşıya bildi. Onun səhv etmirəmsə 90+7-ci dəqiqədəki möhtəşəm seyvi olmasaydı, bu gün sevinən tərəf yəhudilər olacaqdı. "Əlcək sahibi"nin "lotoreya"da seyvini də xüsusi vurğulamaq lazımdı. Odur ki, Yusif bu gün matçın ən yaxşısı idi".
Kvirtiya digər klublarımızın avrokubokdakı çıxışına toxunub: "Qarabağ"ın gücü və təcrübəsi hamıya bəllidi. Odur ki, onların bu mövsümdə maksimum irəli gedəcəyi şübhə doğurmur. Təəssüf ki, "Sumqayıt" Konfrans Liqasıyla vidalaşdı. Amma onlar ümumi götürəndə pis oynamadı. "Zirə"nin Bakıda böyük hesabla qalib gəlməsi və səfərdə də rəqibi üstələyib mərhə adlaması, həmçinin "Sabah"ın bu gün "Makkabi" kimi güclü klubu penaltilər seriyasında mübarizədən kənarlaşdırmasını Azərbaycan futbolunda yeni səhifə və inkişaf hesab edirəm. Düşünürəm ki, "Zirə" ilə "Sabah" qarşıdakı mərhələdə də yaxşı çıxış edəcəklər". ABDULLA İSMAYILOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
sport24.az

1Mənbələr