AZ

İranda keçmiş nazir vitse-prezident oldu


2013-2021-ci illərdə İranın xarici işlər naziri vəzifəsini icra etmiş Məhəmməd Cavad Zərif İslam Respublikasının strateji məsələlər üzrə vitse-prezidenti təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın yeni Prezidenti Məsud Pezeşkian fərman imzalayıb.
Müvafiq fərman onun administrasiyası tərəfindən dərc edilib.
Pezeşkianın bütün seçki kampaniyası boyu Zərif onun əsas dəstəkçilərindən biri olub və xarici siyasət üzrə müşaviri kimi fəaliyyət göstərib. Zərif islahatçı namizədin seçki strategiyasının memarı hesab olunurdu.
Pezeşkianın qələbəsindən sonra eks-nazir yeni hökumətin formalaşdırılması üzrə məsləhət komitəsinə rəhbərlik edib. O, kabinetə namizədlərin seçilməsi, daxili siyasətin müxtəlif sahələri üzrə bir sıra komitələrin yaradılması ilə məşğul idi.
İbrahim Rəisiyə qədər İranın prezidenti olmuş Həsən Ruhaninin dövründə Zərif Tehranın nüvə proqramı ilə bağlı sazişlərinin hazırlanmasında və bağlanmasında fəal iştirak edib.
Qeyd edək ki, bundan əvvəl Pezeşkian Məhəmməd Rza Arifi birinci vitse-prezident, Möhsün Hacı Mirzayini isə administrasiyasının rəhbəri təyin edib. Bu gün həmçinin icra işləri üzrə vitse-prezidentin də adı açıqlanıb: o, İran Tibb Elmləri Universitetinin müəllimi Məhəmməd Cəfər Qaempənah olub.
Xatırladaq ki, iyulun 30-da Pezeşkian İranın yeni prezidenti kimi and içib.
Seçilən
125
5
yeniavaz.com

10Mənbələr