AZ

Parisdə ən çox medal qazanan ölkələr - Azərbaycan 15-cidir - SİYAHI

Cüdoçumuz Zelim Kotsoyevin dünənki qələbəsindən sonra Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası medal sıralamasında 15-ci pilləyə yüksəlib.

Modern.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu Zelim Kotsoyev ötən gün finalda Gürcüstan idmançısına qalib gələrək qızıl medala sahib olub.

Bu, komandamızın ikinci qızl medalıdır. Daha əvvəl digər cüdoçumuz Hidayət Heydərov da (73 kq) olimpiya çempionu adını qazanıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
2
modern.az

3Mənbələr