AZ

"Sabah"ın baş məşqçisi: "Qalib gələcəyimizə inanmırdılar"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Güclü rəqibə qalib gələrək mərhələ adlamağa layiq idik və belə də oldu".
Oxu.Az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqası II təsnifat mərhələsində "Makkabi" ilə cavab matçından sonra təşkil olunan mətbuat konfransında deyib.
"Bu iki oyundan qabaq heç kim bizim qalib gələcəyimizə inanmırdı. İlk andan etibarən inanırdım ki, yaxşı oynasaq keçə bilərik. Səmimi şəkildə deyə bilərəm ki, "Makabi" bizdən yaxşı çıxış etdi. Oyunçularımı təbrik edirəm, onlar qəhrəmandırlar. Aslanlar kimi savaşdılar. Müdafiə xəttində çox kobud səhvlər etdik. Bunu qəbul edirəm. Yeni mövsüm üçün ən azı bir müdafiəçi transfer etmək istəyirik".
Anar Həsənov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
50
oxu.az

10Mənbələr