Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü, 30-cu və 169-cu maddələrinə uyğun olaraq qərara alır:
1. 69 saylı Biləsuvar seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Zaur Ədalət oğlu Ədalətlinin və 96 saylı Goranboy – Naftalan seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Siyavuş Sevindik oğlu Həziquliyevin səlahiyyətlərinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin yekunları müəyyən edilənədək müvəqqəti xitam verilsin.
2. Məmməd Rafiq oğlu Daşdəmirli 23 saylı Nəsimi – Səbail seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsin.
3. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin yekunları müəyyən edilənədək Qurbanxan Ajan oğlu Abışov 69 saylı Biləsuvar, Tural Rafiq oğlu Namazov 96 saylı Goranboy – Naftalan seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
4. Qumru Nadir qızı Mehtiyeva 23 saylı Nəsimi – Səbail seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov