AZ

Böyük Britaniyanın səfiri Azərbaycan cüdoçusu ilə bağlı paylaşım edib

Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld cüdoçumuz Zelim Kotsoyevin olimpiya çempionu olması ilə bağlı paylaşım edib.

Day.Az xəbər verir ki, Fergus Auld "X" sosial şəbəkə hesabında bunları yazıb:

"Cüdoçu Zelim Kotsoyev möhtəşəm performansı ilə Azərbaycanın medal hesabına ikinci qızılı əlavə etdi. Azərbaycanlı Cüdokalar Parisdə xarüqələr yaradır".

Qeyd edək ki, Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

100 kq çəki dərəcəsində çıxış edən idmançımız final mərhələsində gürcüstanlı idmançıya qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
9
day.az

10Mənbələr