AZ

Qızıl biləklilər...

Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

“Qafqazinfo”nun məlumatına görə, Zelim Kotsoyev 1998-ci ildə Rusiyada doğulub.

16 yaşında Azərbaycana gəlib. Onun peşəkar cüdoçu kimi formalaşdığı illər də bu dönəmə təsadüf edir.

Maraqlısı isə budur ki, Zelim Kotsoyev bir neçə gün öncə ölkəmizə ilk qızıl medalı qazandıran cüdoçu Hidayət Heydərovla birgə bu il Abu-Dabidə keçirilən dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

İndi isə hər iki cüdoçunun aktivinə Olimpiya çempionluğu da əlavə olundu.

Hətta, Zelim Kotsoyev çempionluğunu qeyd edərkən ilk olaraq həmkarı Hidayət Heydərovun adını çəkib. Onların bənzər uğur yolları olduğunu vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
qafqazinfo.az

1Mənbələr