AZ

Boksçusumuz yarımfinala yüksəldi

Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı qazaxıstanlı Aybek Oralbayla üz-üzə gəlib.

Rəqibinə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb.

Ardıcıl ikinci qələbəsini qazanan Alfonso yarımfinala vəsiqə ilə ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, A.Dominqes Paris-2024-ə 1/8 finaldan başlayıb. Dominges bu yarışın favoritlərindən olan, Rio-2016 və Tokio-2020 Olimpiya Oyunlarının qalibi, eləcə də beşqat dünya çempionu Xulio Sesar Krusa qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
2
qafqazinfo.az

3Mənbələr