“Nissan” və “Honda” son aylarda elektrik avtomobilləri üzərində bir ittifaq yaratmışdılar.

İndex.az xəbər verir ki, “Mitsubishi” də rəsmi olaraq bu ittifaqa qatıldı.

İttifaqa yeni qoşulan “Nissan”, “Honda” və “Mitsubishi” birgə elektromobillər, elektromobil platformaları və proqram təminatı üzərində işləyəcək.

Elektrik tərəfində satış və istehsal xərclərini azaltmaq üçün məntiqli görünən bu ittifaq hələ ilkin mərhələdədir, lakin “Mitsubishi”nin iştirakı ilə işin sürətlə irəliləməsi gözlənilir. İnanılmaz dərəcədə yaxşı qiymət-performans nisbətlərinə sahib Çin elektrikli avtomobillərinə qarşı belə bir ortaqlığa böyük ehtiyacı olan yapon nəhəngləri yeni dövr üçün çox həyəcanlı görünür.