AZ

Daha bir küçədə hərəkət məhdudlaşdırılacaq

Avqustun 2-si saat 00:00-dan avqustun 5-i saat 06:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Fətəli xan Xoyski prospektinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumatda bildirilir. 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Seçilən
99
49
yeniazerbaycan.com

10Mənbələr