AZ

Tovuz stadionun problemi “Sumqayıt”la oyuna kimi həll olunacaq

Ötən mövsümün gedişində işıqlandırma sistemi sıradan çıxan Tovuz şəhər stadionu yeni "futbol ili"ndə yenidən nura qərq olacaq. Sport24.az-ın ədə etdiyi məlumata görə, artıq bərpa işləri yekunlaşmaq üzrədi.
 
Premyer Liqanın II turunda "boz qurdlar" "doğma divarlar" arasında "Sumqayıt"ı qəbul edəcək. Məlumatlı mənbənin sözlərinə əsasən, klub rəhbərliyi "kimyaçılar"la qarşılaşmaya kimi arenanın işıqlandırmasının hazır olmasını istəyir.  
 
Qeyd edək ki, ötən mövsümün XVIII turu çərçivəsində baş tutan "Turan Tovuz" – "Araz-Naxçıvan" matçının 81-ci dəqiqəsində güclü külək nəticəsində projektorlardan biri aşmışdı və bu səbəbdən çempionatın sonunadək arenada işıqlandırmadan istifadə edilmədi. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
sport24.az

2Mənbələr