AZ

Gədəbəydə dairəyə daxil olan “VAZ"la yük maşınıtoqquşdu- ANBAAN VİDEO

Gədəbəy rayonu Qızıltortaq kəndində baş vermiş qəza anbaan kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 22-də saat 06:48 radələrində dairəvi hərəkət təşkil olunmuş yolayrıcında qeydə alınıb. Belə ki, dairəyə daxil olan 57-BD-723 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobil sağdan gələn “Qazel” markalı yük maşınıyla toqquşub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücülər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, Hərəkəti Haqqında Qanunun 42-ci madəsində əsasən, dairəvi hərəkət təşkil olunmuş yolayrıcında 4.3 nişanı olduqda, sürücülər dairə boyunca hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Sözügedən nişanla birgə baş yol nişanı quraşdırılıbsa, dairəyə daxil olan sürücülər üstünlüyə malik olurlar. Dairə boyunca hərəkət edən sürücülər isə dairəyə baş yoldan daxil olan nəqliyyat vasitələrinə yol verməlidirlər.

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
avtosfer.az

1Mənbələr