AZ

Haniyə sui-qəsdi İsrail terrorunun son nümunəsidir – Fahrettin Altun

Bakı,TurkicWorld

İsmail Haniyənin öldürülməsi dövlət tərəfindən dəstəklənən İsrail terrorunun son nümunəsidir.

TurkicWorld xəbər verir ki, bu haqda Türkiyənin Rabitə Naziri Fahrettin Altun öz sosial media hesabında paylaşım edib.

“İsrail hər cür sülh fürsətini aradan qaldırmaq üçün sui-qəsdlər və gizli əməliyyatlarla bölgəni daha da xaosa sürükləməyə çalışır. İsmayıl Heniyənin öldürülməsi dövlət tərəfindən dəstəklənən İsrail terrorunun bir ölkənin suverenliyini açıq şəkildə pozan son nümunəsidir”,- o deyib.

Altun bu hadisənin nəticələrinə toxunaraq, “Netanyahu hökuməti təkcə regional müharibəni təhrik etmir, həm də öz vətəndaşlarının təhlükəsizliyini risk altına qoyur. Bu hökuməti dəstəkləyənlər öz insanlığından utanmalıdırlar. Onlar başa düşməlidirlər ki, bundan sonra müzakirələr və sülh yolu ilə problemlərin həllindən bəhs edəcəkləri zaman biz onları ciddi qəbul etməyəcəyik. İsrail nə qədər fələstinlini öldürsə də, Fələstinin haqq mübarizəsi tarixdən silinməyəcək. İsrail dövləti hesabsız edamların, sui-qəsdlərin, işğalın və soyqırımın icraçısı kimi tarixə düşəcək”,- əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
turkic.world

1Mənbələr