AZ

“Neftçilər” metrosu yaxınlığında işıqfor təhlükə saçır - FOTO

Sosial şəbəkələrdə svetaforun vəziyyəti müzakirələrə səbəb olub.

Avtosfer.az xəbər verir ki, paytaxtın Nizami rayonu Qara Qarayev prospektindəki işıqfor nasaz vəziyyətdədir.

Rüstəm Rüstəm küçəsi ilə kəsişmədə quraşdırılan işıqforun dirəyindəki naqillərin üstü açıq qalıb.  Üstəlik naqillər azyaşlıların belə əlinin çatacağı hissədə olduğu üçün təhlükə ikiqat artır. 

Vətəndaşlar aidiyyatı qurumların yaranan problemin tezliklə aradan qaldırılmasını gözlədiklərini qeyd ediblər.

Səfər Əlizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
avtosfer.az

1Mənbələr