AZ

Mahsun Kırmızıgül pulsuz konsert verəcək

Ötən gecə Etilerdə jurnalistlərin suallarını cavablandıran Mahsun Kırmızıgül hazırkı işi və gələcək layihələri haqqında məlumat verib.

Publika.az xəbər verir ki, məşhur müğənni uzun müddətdən sonra İzmirdə pulsuz xalq konserti təşkil edəcəyini də açıqlayıb.

Avqustun sonunda çəkiliş meydançasında olacaqlarını bildirən Kırmızıgül "Cümə günü Bodrumda, şənbə günü Çeşmədə səhnəm var. Bu tempi bir şəkildə idarə edəcəm. Təəssüf ki, çalışmadan uğur qazana bilmərik. İndi diqqətimizi seriallara yönəltmişik, əslində bu yay mövsümündə seriallarımızı çəkmək istəyirdik və bu, bizim üçün yaxşı bir təsadüf oldu”, deyə gələcək planları barədə ətraflı danışıb.

Mahsun Kırmızıgül uzun müddətdən sonra İzmirdə xalq konserti verəcəyini də açıqlayıb: "18 ildən sonra ilk dəfə İzmirdə xalq konserti verəcəm. Bu dəfə pulsuz xalq konserti olacaq. Uzun illərdən sonra ilk dəfə olaraq xalqla birlikdə olacağam, bundan sonra nə vaxt fürsət tapsam, xalq konsertləri verəcəm”.

Cəmilə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
publika.az

1Mənbələr