AZ

Ümumdünya Ana südü ilə Qidalanma Həftəsində ÜST VƏ UNİCEF BİRGƏ ÇAĞIRIŞ EDİB » Medical Media


Avqustun 1-dən 7-dək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə Ümumdünya Ana südü ilə Qidalanma Həftəsi keçirilir.

Hazırda dünyanın 170-dən çox ölkəsində Ümumdünya Ana Südü Həftəsi qeyd olunur.

Qlobal miqyasda, son 12 ildə yalnız ana südü ilə qidalanan altı aydan kiçik körpələrin sayı 10%-dən çox artıb. Bu o deməkdir ki, hazırda planetdəki körpələrin 48%-nin həyata sağlam başlamaq üçün yaxşı şansı var. Bu həm də yüz minlərlə körpənin ana südü ilə xilas olması deməkdir, deyə ÜST-ün çağırışında bildirilir. 

Üst rəsmiləri qeyd edir ki, Analara körpələrini təbii ana südü ilə qidalandırmaq üçün lazım olan dəstək verilsə, bundan bütün cəmiyyət faydalanar. Son məlumatlar göstərir ki, ana südü ilə qidalanma nisbətinin yaxşılaşdırılması hər il 820 000-dən çox uşağın həyatını xilas edir, onları ağır xəstəliklərdən, həyati təhlükədən qoruyur. 

ÜST bu çağırışa qoşulmaq üçün ailələri, qeyri-hökumət təşkilatlarını, səhiyyə mütəxəssislərini, siyasətçiləri və dövlət qurumlarının rəsmilərini də dəvət edib.

Seçilən
34
medicalmedia.az

1Mənbələr