AZ

Biri avtobus zolağında, o biri isə ikinci cərgədə dayanıb yolu bağladılar- VİDEO

Bakıda dayanma-durma qaydasını pozan sürücülər kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 31-də, paytaxtın Babək prospektində baş verib.

Belə ki, 10-PL-021 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü avtobus zolağında, 99-JS-530 qeydiyyat nişanlı "İveco" markalı avtomobilin sürücüsü isə ikinci cərgədə dayanaraq bir-birinə sənəd veriblər. Bu zaman arxadan gələn sürücülərin yolunu kəsiblər.

Qeyd edək ki, yeni qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin 346.8-ci maddəsinə görə, avtobus zolağında dayanan sürücü 2 bal 100 manat məbləğində, digər sürücü isə ikinci cərgədə dayandığına görə, məcəllənin 346.4-cü maddəsilə 2 bal 80 manat məbləğində cərimə oluna bilər.

 

 

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
avtosfer.az

1Mənbələr