AZ

Bakıda arvadı və qızını bıçaqlayan şəxsə AĞIR CƏZA

Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Rövşən Əliyevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 
Qərara əsasən, protestləri təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 14 il müddətinə azadlıqdan məhrumetmə hökmünü dəyişdirərək onun cəzasını 15 ilə qaldırıb.

 

İttihama görə, hadisə 30 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən mənzillərin birinin blokunda qeydə alınıb.

 

Belə ki, Rövşən Əliyev keçmiş arvadı, zərərçəkmiş V.Əliyevanın ondan boşanması və barışıqdan imtina edərək yaşadıqları mənzilə gəlməyə icazə verməməsi səbəbindən aralarında mübahisə yaranıb. Hadisə günü o, bıçaq götürərək blokda mənzilin giriş qapısının qarşısında gizlənib. Sonra Rövşən işdən evə gələn V.Əliyevanın boyun nahiyəsinə zərbələr endirib. Bu zaman onların qızı N.Əliyeva qadının qışqırıq səslərini eşidib mənzildən bloka çıxıb. Təqsirləndirilən şəxs isə qızının gözü qarşısında növbəti bıçaq zərbələrini V.Əliyevanın sağ yanaq və boyun nahiyəsinə yetirib. Daha sonra N.Əliyeva araya girib atasının anasına növbəti bıçaq zərbələrinin yetirməsinin qarşısını almağa çalışıb. Rövşən isə bıçaqla qızının qol və əl nahiyələrinə vuraraq ona da xəsarət yetirib.

 

Xəstəxanaya çatdırılan hər ana və qızının həyətini xilas etmək mümkün olub.

 

Hadisədən sonra Rövşən Əliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 1 Avqust 2024, 10:33   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
pravda.az

1Mənbələr