AZ

Rektor Rüfət Əzizov abituriyentlərə müraciət etdi

Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov abituriyentlərə müraciət edib.sumqayitxeber.com rektorun sosial şəbəkə hesabında etdiyi müraciəti təqdim edir:“Əziz abituriyentlər,Biz, hər birinizi öyrətməyə, sizə xidmət etməyə və həyata hazırlamağa hazırıq. Qəbul balınızdan asılı olmayaraq hər biriniz bizim üçün çox dəyərlisiniz. Hər birinizin özünəməxsus istedada sahib olduğuna inanırıq və içinizdə olan öyrənmə həvəsini uğurlu nəticəyə çevirməkdə iddialıyıq.Sumqayıt Dövlət Universiteti ali təhsil müəssisələrinin sərgisində iştirak edir. Üstünlüklərimiz ilə tanış olmaq üçün sizi stendimizə dəvət edirik.Sənaye şəhərinin bilik və təcrübə xəzinəsi seçiminiz olsun!”

Seçilən
31
tehsilforumu.az

1Mənbələr