AZ

Türkiyədə azyaşlıları işləməyə məcbur edən qrup saxlanıldı

Azyaşlı uşaqları məcburi işlədən şəbəkədən 5 nəfər həbs olunub.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Muğla bölgəsində baş verib.
 
Belə ki, sözügedən azyaşlılar küçələrdə tac və suvenir sataraq pul qazanmağa məcbur edilib.
 
Uzun müddətli təqib prosesi nəticəsində azyaşlı uşaqların və onları işləməyə məcbur edən şübhəli şəxslərin olduğu ünvanlar müəyyən edilib. Baş Prokurorluq tərəfindən axtarış elan edildikdən sonra qeyd olunan ünvanlarda eyni vaxtda axtarış aparılıb. Edilən axtarışların nəticəsində tac satmağa məcbur edilən 13 azyaşlı qurban nəzarətə alınıb, 6 şübhəli şəxs yaxalanıb.
 
Bununla yanaşı, axtarış nəticəsində xeyli sayda narkotik tapılıb.
 
Gömrükdən qaçaqmalçılıq yolu ilə gətirildiyi hesab edilən, qabaqcadan ödənişsiz olaraq plastik məftillərə bükülmüş və küçələrdə azyaşlı uşaqlara satılan çoxlu taclar aşkar olunub.
Azyaşlı qurbanlar vəkil və pedaqoqun iştirakı ilə ifadələri alındıqdan sonra lazımi orqanlara təhvil veriliblər.
 
5 şübhəli şəxs məhkəmə tərəfindən \"İnsan Alveri\" cinayəti ilə həbs edilib.

Bir nəfər isə Marmarisə girişinə qadağa qoyulması və məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
 
Oksana

Seçilən
141
14
azxeber.com

10Mənbələr