AZ

"İlk dəqiqələrdən müdafiədə otursaq..." -Krunoslav Renduliç

"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç sabah Bakıda İsrailin "Makkabi" (Hayfa) komandasına qarşı keçirəcəkləri matçdan - UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, xorvat çalışdırıcı belə danışıb: 

"Azarkeşlərimiz önündə mövsümün ilk matçına çıxacağıq. Bizi ikinci matç gözləyir. Rəqib çox möhtəşəm klubdur. Çox ağır oyun olacaq. Qələbə qazanmaq üçün səfərdəkindən daha yaxşı oynamalı, bacardığımızı ortaya qoymalıyıq.

Arxayınlaşmaq? Həftə ərzində uşaqlarla bu barədə söhbətimiz olub. Birinci görüşdə qalib gəlsək də, cütün favoriti "Makkabi"dir. İlk dəqiqələrdən müdafiə olunsaq, bu, bizə baha başa gələ bilər".

Qeyd edək ki, "Sabah" və "Makkabi" arasında cavab matçı avqustun 1-də Masazırda, "Bank Respublika Arena"da keçiriləcək. Oyun 20:00-da başlayacaq. Qəzza zolağındakı müharibə səbəbindən Macarıstanda baş tutan ilk duel Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
fanat.az

1Mənbələr